Pərviz Müşərrəfin edam cəzası LƏĞV OLUNDU
    • 13-01-2020, 17:35
    • 782

Pərviz Müşərrəfin edam cəzası LƏĞV OLUNDU

Lahor Ali Məhkəməsi, Pakistanın keçmiş prezidenti və baş naziri Pərviz Müşərrəfin işinə baxılması üçün kollegiyanın yaradılmasını konstitusiyaya zidd adlandırıb və daha əvvəl çıxarılan edam hökmünü ləğv edib.

News24.az xarici KIV-ə istinadən xəbər verir ki, qərarda P.Müşərrəfin günahkar bilindiyi ölkə konstitusiyasının altıncı maddəsi, qüvvədən düşüb, 2010-cu ildə düzəliş edilib və keçmiş prezidentin cinayət işi isə əvvəlki illərə aiddir. Bununla əlaqədar məhkəmə, ölkənin keçmiş rəhbərini edam etmək qərarını ləğv edib.

Pərviz Müşərrəfin edam cəzasına məhkum edilməsi faktı dekabrın 17-də açıqlanıb. Məhkəmə daha sonra siyasətçini dövlətə xəyanətdə günahkar bilib.

Pakistanın keçmiş lideri 2007-ci ildə baş verən iğtişaşlar zamanı fövqəladə vəziyyət tətbiq etməkdə, həmçinin konstitusiyanın dayandırılmasında ittiham olunub. 2013-cü ildə Müşərrəfə qarşı yüksək dövlətə xəyanət işi açılıb.