Su altında qalan Venesiyada QURAQLIQ BAŞLADI

Su altında qalan Venesiyada QURAQLIQ BAŞLADI
Dünya / Video

14 yanvar 2020, 09:29

Mətn ölçüsü

Venesiyada, güclü daşqından bir neçə həftə sonra, şəhərin əsas turistik məkanlarından biri kimi xidmət edən kanallar demək olar ki, tamamilə quruyub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, iki ay əvvəl 70% -dən çoxu su altında qalan Venesiyada hazırda əks mənzərə müşahidə olunur. Məşhur Venesiya qandolaları quruyan kanalların dibinə yerləşib. Hadisəyə səbəb olduqca aşağı səviyyəli qabarmadır.

Qeyd edək ki, Venesiya 118 kiçik adanın üzərində inşa edilib və bir-biri ilə kanallar vasitəsi ilə birləşib. Kanalların üzərində isə 400 körpü inşa edilib.  

NEWS