Jurnalist 13 il yalan danışdığına görə, üzr istəyib MƏTBUATDAN GETDİ

Jurnalist 13 il yalan danışdığına görə, üzr istəyib MƏTBUATDAN GETDİ
Dünya / HADİSƏ

14 yanvar 2020, 15:33

Mətn ölçüsü

Dövlət informasiya xidmətinin iki jurnalisti 13 il yalan danışdığı üçün üzr istəyib işdən çıxıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, iranlı jurnalist İran ordusu tərəfindən vurulan Ukrayna təyyarəsinə toxunaraq "İnstagram"da bu sözləri yazıb:"İnsanlarımızın öldürüldüyünə inanmaq mənim üçün çox çətin idi... Yalan danışdığım 13 il üçün məni bağışlayın".

Bir neçə jurnalist də oxşar addım ataraq media sahəsin uzaqlaşdıqlarını açıqlayıblar:"Heç vaxt televiziyaya qayıtmayacam. Mediada fəaliyyətimi davam etdirə bilmərəm. Bağışlayın".