İranda vurulan təyyarəyə görə üç ölkənin nümayəndələrinin iclası keçirildi
    • 14-01-2020, 15:59
    • 902

İranda vurulan təyyarəyə görə üç ölkənin nümayəndələrinin iclası keçirildi

Tehranda Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırma aparan İran, Ukrayna və Kanadanın aviasiya rəsmiləri arasında görüş keçirilib.

News24.az xəbər verir ki, yerli televiziya kanalı məlumat yayıb. Qeyd olunub ki, çərşənbə axşamı İran, Ukrayna və Kanada aviasiyasının nümayəndələri qəza istintaqı çərçivəsində görüş keçiriblər. Eyni zamanda iclasda müzkirə edilən əlavə detallar barıədə məlumat verilməyib.

Xatırladaq ki, yanvarın 8-də İran hərbçiləri səhvən Ukraynaya məxsus sərnişin təyyarəsini vurublar. Göyərtəsində 167 sərnişin və 9 ekipaj üzvü olub və hadisə zamanı sağ qalan olmayıb.