Putinin seçdiyi yeni Baş Nazir o olacaq

Putinin seçdiyi yeni Baş Nazir o olacaq
Dünya

15 yanvar 2020, 21:03

Mətn ölçüsü

Rusiya Prezidenti Vladimir Putin ölkənin Baş Naziri postuna Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyini irəli sürüb.
News24.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, Putin Mişustinlə işgüzar görüş keçirib və ona hökumət rəhbəri vəzifəsini tutmağı təklif edib.
“Mişustinin razılığı alındıqdan sonra Vladimir Putin onun Baş Nazir vəzifəsinə namizədliyini Dövlət Dumasına təqdim edib”, - deyə mətbuat xidmətinin məlumatında deyilir.
Dövlət Duması Mişustinin namizədliyi məsələsinə yanvarın 16-da baxacaq. 
Qeyd edək ki, bu gün Rusiya hökuməti Baş Nazir Dmitri Medvedevin rəhbərliyi ilə istefaya gedib.