Kadırovun müvəqqəti olaraq əmək qabiliyyətini itirməsinə AYDINLIQ GƏTİRİLDİ
    • 16-01-2020, 09:58
    • 961

Kadırovun müvəqqəti olaraq əmək qabiliyyətini itirməsinə AYDINLIQ GƏTİRİLDİ

Çeçenistan rəhbəri Ramzan Kadırovun müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi məsələsinə onun sözçüsü Alvi Kərimov aydınlıq gətirib.

News24.az "RİA"ya istinadən xəbər verir ki, Çeçenistan liderinin nümayəndəsi qeyd edib ki, Kadırov tibbi prosedurlar tələb edən müalicə kursu keçir.

A.Kərimovun sözlərinə görə, Çeçenistan Respublikasının Konstitusiyasında müvəqqəti əlillik və ya tətildə olduqda rəhbər vəzifələrinin hökumət başçısına həvalə edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən gün Ramzan Kadırov müvəqqəti olaraq əmək qabiliyyətini itirməsini elan edib və səlahiyyətini hökumət başçısı Müslüm Xuçiyevə verib.

Müvafiq sərəncam yanvarın 13-də imzalanıb. Çeçenistanın Milli Siyasət, Xarici Əlaqələr, Mətbuat və İnformasiya naziri Cambbulat Umarov, respublika başçısının verdiyi qərardan xəbəri olmadığını söyləyib.