Tramp və Ərdoğan İranın vurduğu təyyarəni MÜZAKİRƏ ETDİLƏR
    • 16-01-2020, 11:35
    • 735

Tramp və Ərdoğan İranın vurduğu təyyarəni MÜZAKİRƏ ETDİLƏR

ABŞ prezidenti Donald Tramp və türkiyəli prezident Rəcəb Tayyib Ərdoğan, telefon danışığında İran tərəfindən vurulan Ukrayna təyyarəsini müzakirə ediblər.

News24.az "The Hill"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evə məlumat yayıb. Ağ Evin sözçüsü hər iki liderin İrandakı etirazları müzakirə etdiyini, vətəndaşların Tehran liderlərindən və Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsini vuran iranlılardan məyus olduqlarını ifadə etmək üçün küçələrə çıxdıqlarını müzakirə ediblər.

Onun sözlərinə görə, telefon danışığı zamanı dövlət başçıları İran tərəfindən vurulan Ukrayna təyyarəsi zamanı Tehrandakı səlahiyyətlilərdən narazılıqlarını bildiriblər.

D.Tramp və R.T.Ərdoğan Liviya və Suriyadakı qarşıdurmalardan da danışıblar. Qeyd olunub ki, hər iki ölkə atəşkəs uğrunda mübarizə aparır.

Xatırladaq ki, bundan əvvəl Tehranda Ukrayna təyyarəsinin vurulmasına görə etiraz edən tələbələrdən 30 nəfər saxlanılıb.

Etirazçılar ali lider Ayətullah Əli Xameneinin səlahiyyətlərinin istefasını tələb ediblər. Polis etirazçılara qarşı sərt tədbirlər görür.