Kanada İranın vurduğu təyyarə ilə bağlı ARAŞDIRMAYA QOŞULDU
    • 16-01-2020, 14:22
    • 686

Kanada İranın vurduğu təyyarə ilə bağlı ARAŞDIRMAYA QOŞULDU

Kanadalı mütəxəssislər Ukrayna təyyarəsinin İranda qəzaya uğradığı ərazini ziyarət ediblər və qısa müddətdə təhqiqatlara başlayacaqlar.

News24.az xəbər verir ki, bu barədə Kanadanın Nəqliyyat naziri bildirib. O qeyd edib ki, kanadalı mütəxəssislərə təyyarənin qara qutularına girməsinə hələ icazə verməyib: "İranlılar dedilər ki, yalnız qara qutuların deşifrə edilməsində deyil, analizlərdə də iştirak edə bilərik. İndi bunun harada baş verəcəyini bilmək üçün gözləyirik. Kanada axtardığı məlumatın təqdim edilməyəcəyi qəbul etməyəcək".