Putin yeni Baş naziri TƏYİN ETDİ

Putin yeni Baş naziri TƏYİN ETDİ
Dünya

16 yanvar 2020, 18:11

Mətn ölçüsü

Rusiya prezidenti Vladimir Putin Mixail Mişustinin Baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb.

News24.az "TASS"a istinadən xəbər verir ki, bu barədə sənəd Kremlin saytında yerləşdirilib. Sənəddə deyilir: "Rusiya Federasiyası Konstitusiyasının 83-cü maddəsinin "A" bəndinə uyğun olaraq Mişustin Mixail Vladimiroviçi Rusiya Federasiyası Hökumətinin sədri təyin edilsin".

Fərman imzalandığı gündən qüvvəyə minir.

Dövlət Duması cümə axşamı günü keçirilən iclasda Rusiya Federasiyasının prezidentinə Mişustinin hökumət başçısı təyin edilməsi barədə razılıq verib.

Qərara 383 deputat səs verib. Səs verməyən deputatın olmadığı səsvermədə 41 deputat bitərəf qalıb.