Kanada Tehrandakı təyyarə qəzasında ölənlərin ailələrinə 19 min dollar təzminat ödəyəcək

Kanada Tehrandakı təyyarə qəzasında ölənlərin ailələrinə 19 min dollar təzminat ödəyəcək
Dünya

18 yanvar 2020, 11:31

Mətn ölçüsü

İranda Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində ölən kanadalıların ailələri Kanada hökumətindən 19 min dollardan çox təzminat alacaqlar.

News24.az xəbər verir ki, bunu Baş nazir Castin Trüdo deyib. O qeyd edib ki, hökumət İranda Ukrayna təyyarəsinin vurması nəticəsində ölən 57 vətəndaşın və Kanadanın 29 daimi sakininin hər birinin ailələrinə 25.000 Kanada dolları (19,122 dollar) ödəyəcək. Baş nazir qeyd edib ki, yenə də İranın Kanadalı ailələrə təzminat ödəməsini gözləyir. Ancaq hazırda bu insanların dəfn, İrana getmək və hesabları ödəmək üçün maddi yardıma ehtiyacı olduğunu vurğulayıb.

Baş nazir əlavə edib ki, İrandan gələn hər hansımaddi yardım qəza qurbanlarının ailələrinə birbaşa gedəcək və Kanada hökuməti tərəfindən vergi tutulmayacaq.

Baş nazir İranın vurulan mülki təyyarə üçün tam məsuliyyət daşıdığını təkrarlayıb və xatırladıb ki, Ukrayna təyyarəsinin qara qutuları əhəmiyyətli dərəcədə zədələnib. Həmçinin Fransadan fərqli olaraq İranda qutuları deşifrə etmək üçün lazımlı avadanlıqların olmadığını deyib.