Rusiyanın Baş prokuroru VƏZİFƏDƏN GEDİR
    • 20-01-2020, 15:23
    • 668

Rusiyanın Baş prokuroru VƏZİFƏDƏN GEDİR

Rusiyanın Baş prokuroru Yuri Çayka "Başqa işə keçməsi ilə əlaqədar" vəzifəsini tərk edir. 

News24.az "RİA"ya istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Vladimir Putin İstintaq Komitəsi sədrinin müavini İqor Krasnovu bu vəzifəyə təklif edib.

Federasiya Şurası Y.Çaykanın vəzifədən azad edilməsi və İ.Krasnovun vəzifəyə təyin edilməsi 22 yanvar tarixinə təyin edilib.

Qeyd edək ki, hazırda Rusiyada yeni hökumətin formalaşdırılması prosesi davam edir.