Ruhani Zelenskiyə məktub göndərdi - NAZİR UKRAYNAYA GEDİR
    • 20-01-2020, 16:33
    • 808

Ruhani Zelenskiyə məktub göndərdi - NAZİR UKRAYNAYA GEDİR

İranın Yol və Şəhər İnkişaf naziri Məhəmməd Eslami Kiyevə yola düşüb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, səfərin səbəbi İran prezidenti Həsən Ruhaninin Ukrayna prezidenti Vladimir Zelenskiyə Tehran yaxınlığındaqəzaya uğrayan Ukrayna təyyarəsi ilə bağlı məktubu çatdırmaqdır. 

Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi açıqlama yayıb:"İranın Yol və Şəhər İnkişaf naziri İran prezidenti Ruhaninin ukraynalı həmkarı Vladimir Zelenskiyə Tehran yaxınlığında mülki təyyarənin qəzaya uğraması ilə bağlı məlumatla Kiyevə getdi".

Tehranda həftəlik mətbuat konfransında danışan A.Musəvi, Tehran yaxınlığında qəzaya uğrayanların ailələrinə başsağlığı verib.