Kadırov haqqında yayılanlara aydınlıq gətirdi -
    • 20-01-2020, 20:17
    • 881

Kadırov haqqında yayılanlara aydınlıq gətirdi -"Şayiədir"

Rusiya Federasiyası Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov onun başqa vəzifəyə keçirilməsi ilə bağlı yayılan şayiələrin həqiqəti əks etdirmədiyini, karyerasına öz respublikasında yekun vuracağını bildirib.
News24.az xəbər verir ki, Kadırov Rusiya Prezidentinin səlahiyyətli təmsilçisi təyin edilməsi ilə bağlı bəzi Rusiya KİV-lərində yayılan məlumatları dezinformasiya adlandırıb. 
Qeyd edək ki, bir müddət əvvəl Çeçenistan dövlət başçısının və hökumətin saytında R. Kadırovun "müvəqqəti əmək qabiliyyətini itirdiyi" təqdirdə vəzifələrinin icraçısının nazir Muslim Xuçiyevə keçməsi ilə bağlı Sərəncam dərc olunub. Çeçenistan dövlət başçısının mətbuat katibi Alvi Kərimov isə Kadırovun müalicə kursu keçdiyini və məzuniyyətdə olduğu və ya müvəqqəti əmək qabiliyyətini itirdiyi təqdirdə səlahiyyətlərinin region hökumətinin sədrinə keçməsinin adi qayda olduğunu vurğulayıb.