Ukrayna təyyarəsi 2 raketlə vurulub - İRAN HESABAT YAYDI
    • 21-01-2020, 11:12
    • 710

Ukrayna təyyarəsi 2 raketlə vurulub - İRAN HESABAT YAYDI

Ukraynanın "Boeing 737-800" təyyarəsi uçuşdan üç dəqiqə sonra, iki qısa mənzilli "Tor-M1" quru-hava raketləri ilə vurulub.

News24.az xəbər verir ki, bu barədə "Bloomberg" İran Mülki Aviasiya Təşkilatının istintaqı ilə bağlı ikinci ilkin hesabata istinadən məlumat yayıb.

İstintaqa görə, təyyarə yerli vaxtla səhər 6:12-də Tehrandan uçub və 8,100 fut (demək olar ki, 2,469 metr) yüksəklikdə dispeçerlərlə əlaqəni itirib.

Təyyarə saat 6:15-də və ikinci müşahidə radarlarının ekranlarından, 6:18-də isə birinci müşahidə radarlarından yoxa çıxıb.

Uçuş məlumatları yazıcısı və kokpit səs yazıcısı dünyada ən inkişaf etmiş sistemdir. İranın isə onları açmaq üçün imkanları yoxdur. Fransa və ABŞ qəza istintaq orqanları qara qutuların deşifrə edilməsi üçün lazımi avadanlıqları İrana göndərməkdən imtina ediblər.