Sabah ÜST-nin koronavirusla bağlı fövqəladə TOPLANTISI KEÇİRİLƏCƏK
    • 21-01-2020, 14:36
    • 1 268

Sabah ÜST-nin koronavirusla bağlı fövqəladə TOPLANTISI KEÇİRİLƏCƏK

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı Fövqəladə Hallar üzrə Komitənin toplantısını çağırıb.

Bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom qərar qəbul edib. 
Məqsəd Ghebreyesus yeni koronavirus alovlanmasının ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyət yaradan bir hadisə olub-olmadığını müəyyənləşdirmək və onun idarə oluması ilə bağlı müvafiq tövsiyələrin hazırlanmasıdır. 
Komitənin iclası yanvarın 22-də keçiriləcək. /Report/