Özbəkistan parlamenti yeni Baş naziri TƏSDİQLƏDİ
    • 21-01-2020, 16:48
    • 785

Özbəkistan parlamenti yeni Baş naziri TƏSDİQLƏDİ

Özbəkistanın yeni Baş naziri təyin olunub. 

News24.az
 "TASS"a istinadən xəbər verir ki, ölkə prezidenti Şavkat Mirziyoyevin təklifi ilə Abdulla Aripovun namizədliyi parlament tərəfindən təsdiqlənib.

*** 15:09
Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkənin Baş naziri vəzifəsinə Abdulla Aripovun namizədliyini təsdiqləmək üçün parlamentə təqdim edib.

News24.az xəbər verir ki, bu barədə "Uzreport" məlumat yayıb. Hələ ki, bu barədə rəsmi məlumat verilmir.

Baş nazir vəzifəsinə namizədlik Özbəkistan parlamentinin hər iki palatasının birgə iclasında təqdim edildiyi bildirilir.

Qeyd edək ki, Özbəkistanda hökumət Ali Məclisin (parlamentin) yeni çağırışının başlanması ilə əlaqədar istefaya gedib.