Türkiyədə növbəti zəlzələ
    • 23-01-2020, 13:34
    • 1 124

Türkiyədə növbəti zəlzələ

Dünən axşam Manisada meydana gələn 5,4 bal gücündə olan zəlzələdən sonra bölgədə çox sayda yeraltı təkanlar baş verib.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Manisada növbəti zəlzələ yaşanıb. Yeraltı təkanların şiddəti 3,9 bal gücündə olub. 

Qeyd edək ki, səhər saatlarında Ankarada da zəlzələ baş vermişdi. Türkiyənin paytaxtı 12 dəqiqə ərzində 3 dəfə silkələnmişdi.