Çində yayılan ölümcül koronavirusun MƏNBƏYİ AÇIQLANDI - FOTO
    • 24-01-2020, 13:12
    • 1 517

Çində yayılan ölümcül koronavirusun MƏNBƏYİ AÇIQLANDI - FOTO

Dekabr ayında Çində yayılan və bu günə qədər 25 nəfərin ölümünə səbəb olan yeni koronavirusun nədən yayıldığı açıqlanıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər virusun yarasa şorbasında yayıldığı iddia olunsa da bu öz təsdiqi tapmayıb. Araşdırmaya görə xəstəliyə yemək üçün satılan ilanlardan yoluxulub.

Alimlər qeyd ediblər ki, bu virusa ilk yoluxanlar dəniz məhsullarının satıldığı bazarda işləyənlər və oradının daimi alıcıları olublar. Həmin bazarda vəhşi təbiətdə yaşayan ilanların satışı da həyata keçirilir. Həmin ilanlar isə yarasa ilə qidalanırlar.