Ukrayna təyyarəsini vuran hərbçi həbs edildi - İRANIN XİN BAŞÇISI
    • 25-01-2020, 14:00
    • 602

Ukrayna təyyarəsini vuran hərbçi həbs edildi - İRANIN XİN BAŞÇISI

Ukrayna təyyarəsini vuran İran hərbçisi həbs edilib. 

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Almaniyanın "Spiegel" jurnalına verdiyi müsahibəsində deyib.

Təyyarənin qəzaya uğramasında hərbçilərin günahını etiraf etmək üçün İran hakimiyyətinin nə üçün üç gün vaxt lazım olduğuna dair suala cavab verən Zərif həmin vaxtın və vəziyyətin çətin olduğunu bildirib:"Digərlərinə daha da çox vaxt lazım olardı. Təxminən 32 il əvvəl ABŞ İran sərnişin təyyarəsini vurdu. Bu günə qədər onlar hələ rəsmi olaraq üzr istəmirlər. Atışa cavabdeh olan Amerika əsgəri hətta medal da aldı. Ukrayna təyyarəsini vuran iranlı hərbçi indi həbsdədir".

Nazir insanların qəza məlumatlarının açıqlanmadığından şikayət etmək hüququna sahib olduğunu qeyd edib, lakin hökumətin bu işdə günahkar olmadığını vurğulayıb. Onun sözlərinə görə, özü də fəlakətin səbəblərini iki gün sonra, hərbi rəsmilər bunun başqasının səhvi nəticəsində baş verdiyi barədə son nəticəyə gəldikdə öyrənib.