Koronavirus Taylanda YAYILIR
    • 27-01-2020, 09:30
    • 1 723

Koronavirus Taylanda YAYILIR

Taylandda yeni koronavirus xəstəliyinə yoluxanların sayı 8 nəfərə çatıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, daha 84 nəfər ölkədəki xəstəxanalarda koronavirus müayinəsindən keçib.

Bundan əvvəl Tayland mediasında 7 nəfərin virusa yoluxduğu barədə məlumat verilsə də, detallar açıqlanmamışdı.

Nazirlikdən verilən məlumata görə, Yeni il öncəsi Tayland xəstəxanalarına yeni koronavirusun səbəb olduğu ilk beş sətəlcəm xəstəsi sağalıb və tibb müəssisələrindən buraxılıb.

Onların arasında dörd Çin vətəndaşı və keçən ilin dekabr ayında Çinin Uhan şəhərində epidemiya mərkəzinə baş çəkən bir Tayland vətəndaşı da var.

Şənbə və bazar günləri Taylandın əyalətlərində üç yeni koronavirus infeksiyası aşkarlanıb.