Koronavirusa qarşı vaksin hazırlandı

Koronavirusa qarşı vaksin hazırlandı
Dünya

28 yanvar 2020, 22:53

Mətn ölçüsü

Honkonqun tədqiqatçılar qrupu koronavirusa qarşı vaksin hazırlayıb, ancaq preparatın sınaqdan keçirilməsi üçün uzun müddət vaxt lazım olacaq.

News24.az xəbər verir ki, bu barədə Honkonq Universitetinin mikrobioloquna istinadən Çinin “South China Morning Post” qəzeti məlumat yayıb.
"Biz artıq vaksini yaratdıq, amma dərmanın heyvanlar üzərində yoxlanılması üçün uzun müddət lazım gələcək", - professor Yuen Kvok-Yunq bildirib.

Honkonq professorunun sözlərinə görə, heyvanlar üzərində sınaq aylarla, insanlar üzərində kliniki sınaqlar isə azı bir il vaxt apara bilər.