Çindəki azərbaycanlıları Türkiyə təxliyə edəcək - ƏRDOĞAN
    • 29-01-2020, 17:52
    • 872

Çindəki azərbaycanlıları Türkiyə təxliyə edəcək - ƏRDOĞAN

"Səhiyyə nazirimiz Çində 25 türk, 10-a yaxın azərbaycanlı olduğunu bildirdir. Qeyd etdi ki, onlar Türkiyəyə qayıtmağı arzu edirlər".

News24.az
"Hürriyet"ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezident nazirə verdiyi göstərişi açıqlayıb:"Ehtiyat tədbirləri görün və azərbaycanlı qardaşlarımızı da siyahıya daxil edin. Karantinə almaq surətiylə bu qardaşlarımızı Türkiyəyə gətirək".

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə içində bu an etibarilə hər hansı bir çətinlik söz mövzusu deyil, amma yoldaşlarımız oraya bağlı olaraq da hər cür tədbiri alaraq addımlarını atırlar.