Türkiyə bayrağını cıran yunan millət vəkilinə SƏRT CAVAB - VİDEO

Türkiyə bayrağını cıran yunan millət vəkilinə SƏRT CAVAB - VİDEO
Dünya

30 yanvar 2020, 15:44

Mətn ölçüsü

Yunan millət vəkili İoannis Laqos Avropa Parlamentinin Baş Məclisində qalmaqallı hərəkətə imza atıb.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qaçqınların vəziyyətinə bağlı iclasda danışan irqçi vəkil, "Türkiyə hər istədiyini edə bilir. Buna son verməliyik" deyərək Türkiyə bayrağını cırıb.

Millət vəkilinin bu hərəkəti cavabsız qalmayıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu "Bu irqçi beyinlər şanlı bayrağımıza uzanan əlləri necə qırdığımızı, dənizə necə tökdüyümüzü yaxşı bilirlər. Qoy Avropanın şıltaq, irqçi övladları öz hədlərini bilsinlər" deyib. 

NEWS