Daha bir koronovirus hadisəsi - 6 MİN NƏFƏRLİK GƏMİ KARANTİNƏ ALINDI
    • 30-01-2020, 17:20
    • 1 366

Daha bir koronovirus hadisəsi - 6 MİN NƏFƏRLİK GƏMİ KARANTİNƏ ALINDI

5200 sərnişin daşıyan kruiz gəmisi koronovirusa görə karantinə alınıb.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə İtaliyada yaşanıb. Karantinə səbəb Kosta Kroçiere adlı gəmidə çinli cütlükdə koronavirus əlamətləri olub. Cütlüyün koronavirus test prosedurlarının sona çatması gözlənilir.

Gəmidə işçi heyəti ilə 6 mindən çox insanın olduğu bildirilir. Sərnişinlərdən 30-nun türkiyəli vətəndaşlardır.