“Google” Çində fəaliyyətini dayandırır

“Google” Çində fəaliyyətini dayandırır
Dünya

30 yanvar 2020, 22:09

Mətn ölçüsü

ABŞ-ın “Google” şirkəti Çin, Honkonk və Tayvandakı ofislərini koronavirusla əlaqədar müvəqqəti olaraq bağlayır.

News24.az xəbər verir ki, Çində “Google” axtarış sisteminin qadağan olunmasına baxmayaraq, şirkətin ofisləri orada öz reklam biznesləri üçün satış və layihə düzəltmə ilə məşğuldurlar.

Qeyd edək ki, “Google” şirkəti ilə yanaşı “Microsoft” və “Amazon” da yoluxucu virusun qarşısını almaq üçün analoji tədbirlər görüblər.