ÜST beynəlxalq fövqəladə vəziyyət elan etdi - sürətlə yayılır
    • 31-01-2020, 01:19
    • 1 255

ÜST beynəlxalq fövqəladə vəziyyət elan etdi - sürətlə yayılır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun sürətlə yayılması səbəbindən beynəlxalq fövqəladə vəziyyət elan edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar ÜST-ün  bu gün keçirilən iclasında qəbul olunub. Təşkilatın baş direktoru Tedros Adhan Qebreyesus xəstəliyin “görünməmiş” sürətlə yayıldığını bildirib. Bununla belə, ÜST virus səbəbindən insanların və məhsulların bir ölkədən digərinə daşınmasına məhdudiyyətlər qoyulmasını tövsiyə etməyib.

Məlumata görə, hazırda bütün dünyada 7834 nəfər bu virusun daşıyıcısıdır. Onlardan 7736-sı Çində, 98-i isə ayrı-ayrı ölkələrdə qeydə alınıb. 1370 nəfərin vəziyyəti ağırdır. 171 nəfər isə dünyasını dəyişib. 12 min 167 nəfərdə isə xəstəlik şübhəsi mövcuddur.