Azərbaycanlı tələbələri Türkiyəyə gətirən təyyarə ÇİNƏ YOLA DÜŞDÜ - VİDEO

Azərbaycanlı tələbələri Türkiyəyə gətirən təyyarə ÇİNƏ YOLA DÜŞDÜ - VİDEO
Dünya

31 yanvar 2020, 15:02

Mətn ölçüsü

Yeni tip koronavirus epidemiyasının yaşandığı Çinin Uhan şəhərindəki Türk vətəndaşlarını Türkiyəyə gətirəcək təcili yardıma çevrilən hərbi yük təyyarəsi Etimesgut Hərbi Aerodromdan Çinə hərəkət edib.

News24.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, təyyarəyə Çinə gedən komanda üçün qoruyucu geyimlər, maskalar, dezinfeksiyaedici materiallar və digər tibbi və ərzaq məhsulları yüklənib. Səhiyyə Nazirliyi tərəfindən Çinə göndərilməyə hazırlanan tibbi avadanlıqlar da təyyarəyə yerləşdirilib.

Təxliyə zamanı 34 Türkiyə, 7 Azərbaycan, 7 Gürcüstan, 1 Albaniya vətəndaşını Türkiyəyə gətiriləcək. Uhandan gətirilən şəxslər Ankarada karantin altına alınacaq. 

NEWS