Elazığda daha bir zəlzələ oldu
    • 31-01-2020, 21:11
    • 1 045

Elazığda daha bir zəlzələ oldu

Türkiyənin Elazığ şəhərində daha bir zəlzələ olub.

News24.az “Hürriyet”ə istinadən xəbər verir ki, Sivricə rayonunda 4 bal gücündə zəlzələ olub. 


Təkanlar yerin 1,5 kilometr dərinliyində qeydə alınıb.

Xatırladaq ki, yanvarın 24-də Elazığda baş vermiş 6,8 ballıq zəlzələ nəticəsində 41 nəfər ölüb, 1607 nəfər yaralanıb. 45 nəfər dağıntılar altından sağ çıxarılıb.