“Müdaxilə edə bilmirik, parçalanıb” -səs yazısı yayımlanıb
    • 6-02-2020, 02:10
    • 745

“Müdaxilə edə bilmirik, parçalanıb” -səs yazısı yayımlanıb

İzmirdən İstanbula gələrkən “Sabiha Gökçen” hava limanında eniş zolağında çıxan və parçalara ayrılan təyyarənin pilotu ilə aeroport nəzarət qülləsinin əməkdaşı arasındakı səs yazısı yayımlanıb.  


News24.az “Hürriyət”ə istinadən xəbər verir ki, qəza baş verməmişdən öncə qüllə işçisi pilota güclü küləyin olması barəsində xəbərdarlıq edib.  

Bildirilib ki, eniş zolağı ilə havadakı küləyin arasında fərq var və ehtiyatlı olmaq lazımdır.  


Bundan əlavə təyyarə qəzaya düşdüyü anda qüllə əməkdaşı təhlükəsizlik əməkdaşlarına təyyarəni görə bilmədiyini, amma sürətlə aşağı düşdüyünü bildirir.  


Təhlükəsizlik əməkdaşları isə hazırda hadisəyə müdaxilə edə bilmədiklərini, hansısa partlama və yanğın olmadığı, amma hava gəmisinin parçalandığını bildirirlər.