Çində koronavirusdan ölənlərin sayı 636 NƏFƏRƏ ÇATDI
    • 7-02-2020, 08:52
    • 1 042

Çində koronavirusdan ölənlərin sayı 636 NƏFƏRƏ ÇATDI

Çində koronavirus qurbanlarının sayı 636 nəfərə çatıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, ÇXR Dövlət Səhiyyə Komitəsinin açıqlamasında  31161 nəfərin koronavirusa yoluxduğu, 1540 nəfərin isə xəstəxanadan evə buraxıldığı qeyd olunub:"Fevralın 6-sı gecə yarısına qədər Dövlət Səhiyyə Komitəsinə 31 vilayətdən (rayon, mərkəzi tabe şəhər) 31161 təsdiqlənmiş sətəlcəm xəstəliyi barədə məlumat daxil olub. Onlardan 4821 nəfərin vəziyyəti ağırdır, 636 nəfər isə ölüb, 1540 nəfər xəstəxanadan buraxılıb".