İstanbulda kabus təyyarələr GÖRÜNTÜLƏNDİ - VİDEO
    • 10-02-2020, 12:25
    • 739

İstanbulda kabus təyyarələr GÖRÜNTÜLƏNDİ - VİDEO

Ötən il mülki uçuşa bağlanmış Atatürk Hava Limanında uçuş müddətini tamamlamış, müsadirə olunmuş və xarab təyyarələr çürüməyə tərk edilib.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, təyyarələr qiymətləndirildikdən sonra hərracda satışa çıxarılacaq.

Havadan görüntüləri yayılan 12 təyyarənin çoxunun çol və qadan hissələrində ciddi ziyan müşahidə olunur.

Pəncərələri və mühərrikləri tamamilə çıxarılan təyyarələrdə hələ də bir çox elektron komponent var.