Ukrayna Rusiyaya yeni səfir təyin etmək niyyətində deyil
    • 10-02-2020, 15:29
    • 865

Ukrayna Rusiyaya yeni səfir təyin etmək niyyətində deyil

"Ukrayna hələ Rusiyaya yeni səfir təyin etmək niyyətində deyil".

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, "Rusiya Federasiyasındakı Ukraynanın diplomatik təsisatı rəhbərinin boş qalan vəzifəsini doldurmaq üçün planlar yoxdur". Həmçinin, Ukrayna Xarici İşlər Nazirliyi, Rusiyadan Kiyevdəki diplomatik nümayəndəliyin yeni rəhbərinin təyin olunması ilə bağlı sorğu almadıqlarını qeyd edib.