Çindən Türkiyəyə qayıdan tələbə hərarət və boğaz ağrıdan əziyyət çəkir

Çindən Türkiyəyə qayıdan tələbə hərarət və boğaz ağrıdan əziyyət çəkir
Dünya

10 fevral 2020, 23:26

Mətn ölçüsü

Çindən Türkiyəyə qayıdan tələbələrdən biri yüksək hərarət və boğaz ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib.

News24.az “NTV”yə istinadən xəbər verir ki, 22 yaşlı tələbə təhsil aldığı Çindən yanvarın 30-da Mərsin şəhərinə gəlib. Qabaqlayıcı tədbir məqsədilə tələbə xüsusi otağa yerləşdirilib.

Vəziyyətinin normal olduğu deyilir. Hazırda onun analiz cavabları gözlənilir.