Koronavirus artıq belə adlandırılacaq

Koronavirus artıq belə adlandırılacaq
Dünya

12 fevral 2020, 01:35

Mətn ölçüsü

Çində yaranan koronavirusun yeni növünə rəsmi olaraq COVID-2019 adı verilib.


News24.az xəbər verir ki, bunu Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adonom Gebreyesus brifinqdə bildirib. O izah edib ki, CO - “koronavirus”, VI – “virus” və D – “xəstəlik” deməkdir.


Baş direktor, həmçinin yeni koronavirusa qarşı ilk vaksinin yaradılması müddətini də açıqlayıb. Onun sözlərinə görə, vaksin ilyarımdan sonra yaradıla bilər.


Xatırladaq ki, Çində koronavirusun yeni növünün səbəb olduğu xəstəlik barədə açıqlama 2019-cu il dekabrın 31-də verilib. Həmin müddətdən bəri ölkədə bu virusa yoluxan insanların sayı 42 min nəfəri, ölənlərin sayı isə min nəfəri ötüb. Rəsmi adı ilə desək, COVID-2019 iyirmidən çox ölkəyə yayılıb.