Çində koronavirusdan ölənlərin sayında şok artım
    • 13-02-2020, 09:05
    • 1 261

Çində koronavirusdan ölənlərin sayında şok artım

Çinin Xubey əyalətində koronavirusdan ölənlərin sayı artıb.

News24.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə regionun Gigiyena və Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilir ki, əyalətdə yeni virusdan ölənlərin sayı 1310 nəfərə, yoluxanların sayı 48,2 min nəfərə yüksəlib.

Məlumata görə, daha 3441 nəfər virusdan sağalaraq evə buraxılıb. Xəstəlikdən ölüm səviyyəsi bir gün əvvəlki 3,2 faizdən 2,7 faizə enib. 

Komitə tərəfindən yayılmış bəyanatda qeyd edilir ki, Xubeyin inzibati mərkəzi Uxanda xəstəliyə yoluxanların sayı 32,9 min nəfəri ötüb. Siyahıda ikinci və üçüncü yerdə müvafiq olaraq Syaoqan və Xuanqan şəhərləri qərarlaşıb. Bu şəhərlərdə virusa yoluxanların sayı 2,8 min və 2,6 min nəfərdir