Koronavirusdan ölənlərin sayı artır

Koronavirusdan ölənlərin sayı artır
Dünya

14 fevral 2020, 09:10

Mətn ölçüsü

Çində koronavirusa yoluxanların sayı 63 918 nəfərə çatıb.

News24.az xarici mediaya istinadən xəbər verir ki, yeni virusdan ölənlərin sayı artaraq 1488 nəfər olub. Ölkədə həmçinin 6982 sağalaraq xəstəxanalardan evə buraxılıb.

Məlumata görə, gün ərzində Hubey əyalətində 4,8 min nəfər virusa yoluxub. Bununla da koronavirusa yoluxanların ümumi sayı 51 986 nəfər olub.