Təxliyə olunan Azərbaycan vətəndaşları BİR GÜN DAHA KARANTİNDƏ QALMAQ İSTƏDİLƏR
    • 14-02-2020, 13:10
    • 982

Təxliyə olunan Azərbaycan vətəndaşları BİR GÜN DAHA KARANTİNDƏ QALMAQ İSTƏDİLƏR

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca Çindən təxliyə edilən və koronavirusa görə karantin altında saxlanılan 42 nəfəri ziyarət edib.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazir ziyarətdən sonra açıqlama verib. Bildirib ki, 14 günlük karantin müddəti ərzində müşahidə altında olan hər kəsə ayrıca qayğı göstərilib:"Bundan sonra normal həyatlarını davam etdirəcəklər. Heç bir təqib tələb olunmur. 14 günlük dövrdə xəstəlik əlamətləri yox idi. İlk gündən 3 gündə də yoluxmaya rast gəlinmədi. Xaricidəki vətəndaşlarımız daha 1 gün qalmaq istəyiblər".