Koronavirusdan ölənlərin sayı 1523-ə çatdı
    • 15-02-2020, 09:30
    • 992

Koronavirusdan ölənlərin sayı 1523-ə çatdı

Çində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların sayı 66 400 nəfəri ötüb.

News24.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Regional Komitəsinin məlumatında bildirilir.

Bildirilir ki, yeni virusdan ölənlərin sayı artaraq 1 523 nəfər olub. Ölkədə həmçinin 8 096 sağalaraq xəstəxanalardan evə buraxılıb.

Hal-hazırda virusa yoluxan 11 053 nəfərin vəziyyəti ağırdır. Virusa yoluxmuş insanlarla yaxın təmasda olan 169 000-dən çox ölkə vətəndaşı isə tibbi nəzarətdə saxlanılır.