"Güldür Güldür" Şousu faciə ilə bitdi - 1 ölü, çox sayda yaralı var
    • 15-02-2020, 16:43
    • 999

"Güldür Güldür" Şousu faciə ilə bitdi - 1 ölü, çox sayda yaralı var

Türkiyənin məşhur "Güldür Güldür" şousunun Almaniya turu faciə ilə bitib.

Berlində şounun keçirildiyi salonun qarşısında silahlı insident olub. Saat 23:00 radələrində salondan çölə çıxan qrupa 15 nəfərlik qara geyimli qrup hücum edib.

Hadisə zamanı 1 nəfərin öldüyü, çox sayda insanın xəsarət aldığı bildirilir.
Hadisə yerinə polis gəlsə də, insident iştirakçıları qaça biliblər. Hücumun səbəbi və iki qrupun bir-birlərinə düşmən olub-olmamaları barədə heç bir açıqlama verilməyib.

Qeyd edək ki, ağır xəsarət alanların müalicəsinin davam etdirilir. /Publika.az/