Məktəbdə silahlı insident - YARALANANLAR VAR
    • 17-02-2020, 15:26
    • 817

Məktəbdə silahlı insident - YARALANANLAR VAR

Məktəbdə silahlı insident yaşanıb.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Ankarada yaşanıb. Məktəbdə müdirlə mübahisə edən təhlükəsizlik işçisi, üzrəində olan silahla mətkəb müdirinə atəş açıb. Onu yaraladıqdan sonra isə təslim olmamaq üçün intihara cəhd edib.

Ağır yaralanan müdir və təhlükəsizlik işçisi xəstəxanaya yerləşdirilib. Məktəb müdirinin həyatı riskinin olmadığı bildirilsə də hadisəni törədənin vəziyyətinin ağır olduğu qeyd edilib.

Hadisə zamanı şagirdlər arasında xəsarət alanlanların olmadığı bildirilib. Polis araşdırma aparır.