Koronavirus nəzarət altına alındı - RƏSMİ
    • 19-02-2020, 12:56
    • 520

Koronavirus nəzarət altına alındı - RƏSMİ

Son statistik məlumatlara görə, koronavirusun yayılma mərkəzi olan Hubeydəki epidemioloji vəziyyət nəzarət altına alınır, sağalmış xəstələrin sayı artmaqdadır.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Səhiyyə Komitəsinin rəsmi nümayəndəsi Mi Feng bildirib. O qeyd edib ki, Uhan istisna olmaqla Hubey əaylətində artıq dördüncü gündür ki, sağalanların sayı yeni yoluxmalardan çoxdur:"Fevralın 13-dən bu günə qədər yeni yoluxma hallarının sayı əhəmiyyətli dərəcədə azalıb, ümumi halların artım tempi sabit və yavaşdır. Bu, epidemiyanın qarşısını almaq üçün müxtəlif tədbirlərin həyata keçirilməsi və ölkə daxilində tibbi dəstəyin gücləndirilməsi ilə yanaşı, epidemioloji vəziyyətin nisbətən yaxşı nəzarət altına alındığını, sağalma faizinin daim artdığını göstərir".

O, həmçinin əlavə edib ki, fevralın 18-də Hubey əyaləti istisna olmaqla, ölkə daxilində 56 yeni yoluxma hadisəsi baş verib. Bundan əlavə 589 nəfərdə koronavirus ehtimalının olduğu ehtimal edilib. Dörd ölüm qeydı alınıb.