Türkiyədə azərbaycanlı qadınlar saxlanıldı - İş adıyla gedib..- FOTOLAR
    • 19-02-2020, 16:19
    • 1 262

Türkiyədə azərbaycanlı qadınlar saxlanıldı - İş adıyla gedib..- FOTOLAR

Türkiyənin Yalova şəhərində fahişəliklə məşğul olan 50 nəfər saxlanılıb.

News24.az "İHA"ya istinadən xəbər verir ki, polisin eyni anda 5 hotel və 14 evdə keçirdiyi əməliyyat nəticəsində Azərbaycan, Özbəkistan və Qırğızıstan vətəndaşları saxlanılıb.

Yaşayış yerlərində aparılan axtarışlar zamanı 1 tapança, 41 ədəd 7.65 mm patron, bəzi dərmanlar və bir çox rəqəmsal material aşkarlanıb.

İstintaqın ilkin nəticələrində həmin qadınların iş adıyla Türkiyəyə gətirildikləri müəyyən olunub. Daha sonra onlar fahişəliyə məcbur edilib.

Saxlanılanlardan 28-i əcnəbi qadın, 22 nəfəri isə bu cinayətdə məsuliyyət daşıyan şəxslərdir.