İranda parlament seçkiləri keçirilir
    • 21-02-2020, 09:46
    • 512

İranda parlament seçkiləri keçirilir

İranda parlament seçkiləri keçirilir.

News24.az RİA-ya istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08.00-da açılıb.

290 yer uğrunda 7 mindən çox namizəd mübarizə aparacaq. Onların namizədliyi Konstitusiya Müdafiə Şurası tərəfindən təsdiqləndib.

İlk olaraq 15 mindən çox insan özlərini namizəd göstərsə də onlardan bəzilərini Konstitusiyanın Qorunması Şurası təsdiq etməyib, digərləri isə  sonradan iştirakdan imtina ediblər.

Ekspertlərin fikrincə, seçkilərin nəticəsi olaraq parlamentə kimin rəhbərlik edəcəyi bilinəcək. qeyd edilib ki, bu prezident Həsən Ruhaninin tərəfdarları hesab olunan və hazırda parlamentdə çoxluq təşkil edən islahatçılar və ya hökumətin kursuna qarşı çıxan mühafizəkarlar olacaq.