Koronavirus yox olacaq - TARİX AÇIQLANDI
    • 21-02-2020, 13:42
    • 499

Koronavirus yox olacaq - TARİX AÇIQLANDI

Çin hakimiyyəti fevral ayının sonuna qədər Ubey istisna olmaqla, bütün ölkədə koronavirusu məğlub etmək niyyətindədir.

News24.az xarici KİV-ə istinadən xəbər istinadən xəbər verir ki, bunu Çinin Rusiyadakı səfiri Can Xanxuey Rusiya Federasiyası Dövlət Duması sədrinin birinci müavini İvan Melnikov ilə görüşdə söyləyib.

səfirin sözlərinə görə, koronavirusun episentri olan Ubey vilayətində epidemiya mart ayında aradan qaldırılacaq:"Ubey istisna olmaqla, digər bölgələrdə bu ay ərzində virusu məğlub edə biləcəyik və epidemiyanın mərkəzində - növbəti ayda epidemiyanı aradan qaldıracağıq"

Can Xanxuey  eyni zamanda xəstəliyin yayılma mərkəzi olan bölgədə koronavirusdan ölüm hallarının 2%, ölkə daxilində isə 0,55% olduğunu qeyd edib.