İranda koronavirusdan ölənlərin sayı artdı - MƏKTƏBLƏR TƏTİL ETDİ
    • 21-02-2020, 15:00
    • 1 273

İranda koronavirusdan ölənlərin sayı artdı - MƏKTƏBLƏR TƏTİL ETDİ

İranda koronovirusdan ölənlərin sayı 4-ə çatıb. 

News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, hazırda Tehranda koronavirus təhlükəsindən özünü sığortalamaq istəyən əhali maska ilə gəzir. 

Koronavirusdan öüm halının qeydə alındığı Qum şəhərində məktəblərdə tətil elan edilib. Artıq iki xəstəxana karantin üçün hazır hala gətirilib. Şəhərdə virus yoxlamaları aparılır.

Eyni zamanda İranın Qum və Arak şəhərlərində koronavirus şübhəsi ilə müalicə altına alınan biri həkim olmaqla üç İran vətəndaşında da virusa yoluxma aşkarlanıb.