Putinlə Ərdoğan İdlibi müzakirə etdilər

Putinlə Ərdoğan İdlibi müzakirə etdilər
Dünya

21 fevral 2020, 22:07

Mətn ölçüsü


Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığı olub.

News24.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Prezident administrasiyasının məlumatında deyilir. Qeyd edilir ki, Ərdoğan İdlibdə insan fəlakətinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

Tərəflər İdlibdə böhranın həlli yolunun Soçi razılaşmasının şərtlərinə sadiq qalmaqdan asılı olduğunu bildiriblər. Onlar, həmçinin, Liviya məsələsini də müzakirə ediblər.