İtaliyada koronavirusdan ikinci ölüm  - YOLUXANLARIN SAYI ARTIR - YENİLƏNDİ
    • 22-02-2020, 13:43
    • 1 250

İtaliyada koronavirusdan ikinci ölüm - YOLUXANLARIN SAYI ARTIR - YENİLƏNDİ

İtaliyada koronavirusdan ölənlərin sayı artıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, ikinci ölüm hadisəsi ölkənin şimal hissəsində, Lombardiyada baş verib. Qeyd edilib ki, hazırda Lombardiyada koronavirusa yoluxan 16 italiyalı var. 

***09:32
Daha bir ölkədə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Cüzeppe Konte çəlumat verib. O qeyd edib ki, 78 yaşlı şəxs 10 gündür koronavirusdan müalicə aldığı xəstəxanadadünyasını dəyişib. C.Konte vəziyyətin nəzarət altında olduğunu, insanların təşvizinə heç bir əsas olmadığını vurğulayıb.