Küveyt koronavirusa görə İrana uçuşları dayandırdı - XARİCİ VƏTƏNDAŞLAR ÖLKƏYƏ BURAXILMAYACAQ
    • 22-02-2020, 10:31
    • 1 495

Küveyt koronavirusa görə İrana uçuşları dayandırdı - XARİCİ VƏTƏNDAŞLAR ÖLKƏYƏ BURAXILMAYACAQ

İranın bir sıra şəhərlərində koronavirusun yayılması səbəbindən Küveytdən İrana və əksinə aviareyslər dayandırılıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Küveyt Mülki Aviasiya Təşkilatı məlumat yayıb. 

Küveyt Mülki Aviasiya Təşkilatı son iki həftə ərzində İrana səfər edən ütün xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyulduğunu qeyd edib.

Həmçinin İrandan gələn Küveyt vətəndaşları karantinə alınacaq.

Küveyt həmçinin vətəndaşlarını müvəqqəti olaraq İrana səyahət etməkdən çəkinməyə çağırıb.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 4-ə çatıb.