İcra başçısında KORONAVİRUS AŞKARLANDI
    • 22-02-2020, 16:49
    • 1 338

İcra başçısında KORONAVİRUS AŞKARLANDI

Tehranın 13-cü rayonunun icra başçısı Murtaza Rəhmanzadə koronavirusa yoluxub.

News24.az xəbər verir ki, o, ötən gecə koronavirus əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Analizlərinin nəticələri M. Rəhmanzadənin koronavirusa yoluxduğunu təsdiqləyib, analizlərin son nəticəsi yaxın saatlarda açıqlanacaq.

Digər tərəfdən Tehran Şəhər Şurasının sədri Möhsün Haşimi Rəfsəncani və şuranın digər üzvləri onunla təmasda olduğu üçün koronavirusa görə analiz veriblər.

Hadisə ilə əlaqədar Tehran Şəhər Şurasının iclasları təxirə salınıb.

Qeyd edək ki, İranda koronavirus sürətlə yayılmaqdadır. Ölkənin müxtəlif şəhərlərində   insanlar infeksiyaya qarşı tədbirlər görür. Apteklrədə maska çatışmazlığı yaranıb. Bu gün Tehranda maska və infeksiyaya qarşı spirt paylanılacaq.