Avtobusun qəza anı saniyə-saniyə görüntüləndi - VİDEO
    • 22-02-2020, 21:24
    • 980

Avtobusun qəza anı saniyə-saniyə görüntüləndi - VİDEO

Türkiyənin Ərzurum şəhərində “Bursaspor” azarkeşlərini daşıyan avtobus qəzaya uğrayıb. Yol-nəqliyyat hadisəsi sərnişinlərdən biri tərəfindən təsadüfən qeydə alınıb.


News24.az xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.


Bildirilir ki, avtobus qarşısında hərəkət edən TIR-a dəyməmək üçün manevr edib. Lakin yolun buzlanması səbəbindən sürücü idarəetməni itirib və avtobus aşıb.


Qəza nəticəsində iki nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.